• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əliyevin mesajlarından sonra ermənilər Şuşaya hücum etdi: Bakının son xəbərdarlığı

  • 15.08.2021, 16:41, Baxış sayı:
  • 386
Əliyevin mesajlarından sonra ermənilər Şuşaya hücum etdi: Bakının son xəbərdarlığı
Əliyevin müsahibəsindən saatlar sonra – dünən axşam saat 22:14 radələrində Qarabağdakı erməni terrorçular Şuşa ətrafında təxribat törətdi: bu, Bakının erməni terrorçuların bölgədən çıxarılması, çıxarılmayacağı təqdirdə antterror tədbirlərinə əl atacağı mövqeyini bir daha gücləndirir.

Müdafiə Nazirliyinin təxribatla bağlı rəsmi məlumatında iki məqam diqqət çəkir:

Birincisi, terrorçuların mülki avtomobildə olmasıdır və Bakı bununla bəyan edir:

- erməni silahlıları mülki avtomobillərdə və geyimlərdə fəaliyyət göstərir: bu, Laçın dəhlizindən keçərək, bölgəyə gələn mülki avtomobillərin yoxlanılmasını da aktuallaşdırır;
- terrorçulara qarşı adekvat tədbirlər zamanı mülki avtomobillər də hədəf ola bilər: sonuncu təxribat faktı bunu zəruri edir və məsuliyyət rus sülhməramlılarınındır;

İkincisi, təxribatla bağlı Rusiya sülhməramlılarının komandanlığına məlumat verilməsidir:

- Rusiyanın qarşısında erməni terrorçularının çıxarılması yenidən qaldırılır;
- Əliyevin mesajlarından sonra təxribatın baş verməsi və təxribatla bağlı rus sülhməramlılarının komandanlığının məlumatlandırılması o deməkdir ki, Bakı Rusiyadan bölgədəki missiyasına adekvat fəaliyyət göstərməsini hələ də gözləyir;
- bu, həm də sonuncu xəbərdarlıq hesab oluna bilər: Bakı məlumatlandırma işini həyata keçirdi, adekvat addım olmasa, cavab tədbirləri görüləcək;
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter