• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qarabağda ilk olaraq bura məskunlaşdırılacaq - AÇIQLAMA

  • 19.01.2021, 21:32, Baxış sayı:
  • 324
Qarabağda ilk olaraq bura məskunlaşdırılacaq - AÇIQLAMA
Sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu gün hər kəsi maraqlandıran sual vətəndaşlarımız ilk olaraq hansı işğaldan azad edilmiş rayon və şəhərə köçürülməsi ilə bağlıdır. Belə ki, vətəndaşlarımız ilk olaraq hansı işğaldan azad edilmiş rayon və şəhərə köçürülə bilər?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, ermənilər işğaldan azad etdiyimiz rayonların əksəriyyətini dağıdıblar:
"Bu bölgələrə yanaşmada biz onları iki tamamilə və qismən dağıdılan yerə bölməliyik. Kəlbəcər, Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda ermənilər çox ciddi dağıntılan tördiblər. Amma Şuşada bir sıra yaşayış və inzibati binalar qalır. Bu baxmdan Şuşaya vətəndaşlarımız daha tez köçürülə bilər.
Bildiyiniz kimi cənab prezidentin tapşırığı ilə bir neçə komitə oraya səfər etdilər və mövcud vəziyyəti yaxından öyrəndilər. Hesab edirəm ki, Şuşaya insanlarımız daha tez digər rayonlarımızdan daha tez köçürüləcək. Təbii ki, biz burada yol, qaz, işıq və su məsələlərini nəzərə almalıyıq. Bütün bu məsələlərin əksəriyyəti öz həllini tapıb. İlk olaraq qiymətlənmə aparılmalıdır".
Deputat vurğulayıb ki, ermənilərin Azərbaycana nə qədər ziyan vurması hesablanır:
"Artıq Azərbaycan Ermənistanı məhkəməyə verib. Xüsusilə ermənilər Füzuli və Ağdama çoxlu sayda minalar basdırıblar. İlk öncə biz minaların təmizlənməsini həyata keçirməliyik. Daha sonra kommunal xidmətlər məsələsi həll edilməlidir. Növbəti mərhələdə digər infrastruktur layihələr reallaşdırılmalıdır. Elə rayon var ki, orada 50-100 min əhali yaşayır.
Əhalinin oraya köçürülməsi üçün müəyyən işlərin görülməsi vacibdir. Yaşayış binaları, məktəblər, baxçalar və xəstəxanalar açılmaldır. Eyni zamanda həmin rayonlardakı dövlət qurumların binaları inşa olunmalıdır ki, həyat normal axarında davam etsin. Artıq bu barədə bütün göstərişlər verilib. Dövlət qurumları bununla bağlı işlərə başlayıb və qiymətləndirmə işləri aparılır. Ümumi təhlil onu göstərir ki, cənab prezidentin tapşırığına əsasən Azərbaycan hökuməti tez bir zamanda bu məsələlərin həllinə çalışır. Azərbaycanın da bu istiqamətdə təcrübəsi var. İnanırıq ki, vətəndaşlarımız tez bir zamanda öz dədə-baba yurdlarına köçəcəklər".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter