• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qarşıdakı 3 günün hava proqnozu

  • 03.01.2021, 08:30, Baxış sayı:
  • 352
Qarşıdakı 3 günün hava proqnozu
Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim hava şəraitinin davam edəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən yağmursuz hava şəraiti olacaq. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman gözlənilir. 5-10 m/s qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 10 dərəcəyə yaxın isti olacaq. Dağlıq rayonlarda gecə 5-7 dərəcə şaxta, gündüz isə 3-8 dərəcəyə qədər isti gözlənilir.
Bakı və Abşeron yarımadasında yanvarın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskin olacaq, 5-10 m/s şimal-qərb küləyi əsəcək. Temperatur səhər saatlarında 5, axşama yaxın isə 10 dərəcə isti olacaq.
Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Xocavənd, Xankəndi, Xocalı, Zəngilan rayonlarında hava yağmursuz keçəcək. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, bəzən 15 m/s olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyə yaxın şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq. /Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter