Zəngilanda düşmənin diversiya qrupu darmadağın edildi
- 04.11.2020, 16:40, Baxış sayı:
- 481
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.