• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi

  • 07.06.2022, 07:36, Baxış sayı:
  • 468
Zəngilanda ilk “Ağıllı kənd”  layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Daha sonra isə sakinlərlə görüş baş tutub.
Bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə "Böyük qayıdış" prosesinə start verildi.
Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davam etməsini göstərdi. İlk pilot layihə olaraq məhz Zəngilanda icra edilməsinə başlanmışdır və burada 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.
Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır.
May ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir.
Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum strategiyanın nəticəsidir.
Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.
Möhtərəm cənab Prezident öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu.
İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.
Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur.


Əli HÜSEYN,
“Muğanın səsi”


Zəngilanda ilk “Ağıllı kənd”  layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi
Zəngilanda ilk “Ağıllı kənd”  layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter