Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir
- 22.05.2022, 15:19, Baxış sayı:
- 388
Facebook
Вконтакте
Одноклассники
Google+
Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.
Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.
12.33
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib.
Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.