• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SORUŞUN, CAVAB VERƏK

  • 09.04.2022, 15:39, Baxış sayı:
  • 318
SORUŞUN, CAVAB VERƏK
Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq üçün nə etməliyəm?
Gizir və müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə və ya hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.
Belə ki, hərbi hissələrdə vakant vəzifələr olduqda və ixtisasçılara tələb olduğu hallarda müraciətlər nəzərə alınaraq hərbi vəzifəlilər həqiqi hərbi xidmətə qəbul edilirlər.
Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmalarına yol verilmir.
Xüsusi Təyinatlı Qüv­və­lərdə xidmət etmək üçün nə etməliyəm?
Siz yalnız hərbi hissədə xidmət etdiyiniz müddət ərzində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyinizi hərbi hissə komandanlığına bildirərək seçim zamanı tələblərə cavab verdiyiniz halda Xüsusi Təyinatlılara qəbul oluna bilərsiniz.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter