Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDI
- 15.01.2022, 18:05, Baxış sayı:
- 339
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.