SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
- 26.12.2021, 16:27, Baxış sayı:
- 499
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8297 nəfər vəfat edib. 11 235 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9328, bu günə qədər isə ümumilikdə 5 817 708 test icra olunub.