SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı qərar verildi
- 23.12.2021, 07:52, Baxış sayı:
- 440
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Publika.az-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.