• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətənə düşmən kəsilənlər və yaxud TƏLXƏKLƏR

  • 10.12.2021, 21:48, Baxış sayı:
  • 291
Vətənə düşmən kəsilənlər və yaxud TƏLXƏKLƏR
Vətənə düşmən kəsilənlər və yaxud TƏLXƏKLƏR
Aylardı YouTube platformasında bir- iki gəda dövlətimizə, dövlət rəmzlərinə, nüfuzlu insanlara şər-böhtan kompaniyası aparır. Həyatda eşitmədiyimiz iyrəncliyə gedirlər. Heç kəs bu murdarların cavabını vermir. Dövlət bizim dövlətdir, Onun rəmzləri də bizim. Niyə belə üzdəniraqların qarşısında susqunluq göstərilir?!
Söyüş gədaları (onlara müxalif də demək olmaz) kimi ad çıxardanlar nüfuzlu, hörmətli kim varsa onu şərləyirlər, hətta camaatı təhqir etməkdən çəkinmirlər, “ölü qoyun”lar deyirlər. Deyirlər ki, kim dövləti söyürsə bizim yanımızda, biz deyəni demirsə qoyunlardı.
Təəccüb doğuran bilirsiz nədir? Bu oyunbazların açdıqları alabəzək internet televiziyalarına elə o təhqir olunanlar layk atırlar, yəni qeydiyyata düşürlər, onlara dəstək verirlər. Gizli adlarla ağızlarına gələnləri də yazırlar. Bax belələri kol dibində gizlənən tülkülərdi. Qaranlıqda dayanıb şarlatanlara əl çalırlar. Bəs bunlar hansı üzlə dövlətin qayğısından, yardımlarından bəhrələnirlər. Rədd olsunlar.
Yaramazın biri-Məhəmməd deyilən birisi görün nə deyir: “Mən Fransada yaşayıram. Bu ölkəni Azərbaycandan çox istəyirəm, sabah lazım olsa bu dövlət üçün ölərəm...”
Ay bivec. Fransanın dövlətimizə hansı yaxşı münasibətini alqışlayırsan, onun yolunda o şərəfsiz canını qurban verməyə belə hazırsan. Məgər bilmirsən ki, bu ölkə ermənilərin havadarıdır, bizə qarşı hansı həyasızlığı edirlər?!
Bu günlərdə Fransa senatında qondarma qurumun “spikerinin” və digər şəxslərin “ali qonaq” kimi qarşılanması bizə təəccüblü gəlmədi. Təəssüf ki, Fransa senatı keçən il qondarma qurumu tanıyıb. Ona görə də Fransa senatının nümayəndələrindən, eləcə də senatdan bundan artıq nəsə gözləmək mümkün deyil.
Fransa senatının nümayəndələri Azərbaycanın suveren ərazilərinə gələndə sanki başqa “ölkəyə” getdiklərini təsəvvür edirlər. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Təkcə Azərbaycan yox, Fransanın rəsmi nümayəndələri onlara başa salmalıdırlar ki, bu səfər arzuolunan bir səfər deyil. Bu, Fransa dövlətinin nüfuzuna xələl gətirən bir səfərdir. Çox təəssüflər olsun ki, Fransanın diplomatları və rəsmi nümayəndələri bu cür “səfərlərin” qarşısını almırlar. Problem də bundadır. Bu, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, buna Fransanın rəsmi mövqeyinin pozulması kimi də baxmaq olar.
Avropada bizə qarşı ikili standartların bariz nümunəsi bir də odur ki, bizim Qarabağ bölgəsi ilə bağlı nəinki susur, eyni zamanda, AŞPA özünün nüfuzlu oyunçularından birinin bizimlə bağlı qərəzli addımlarına qiymət vermir. Qarabağa icazəsiz gedənlər həm də AŞPA-nın fəaliyyətini kobud şəkildə pozurlar...
Bax elə bu sadə həqiqətlər Avropa ölkələrində oturub, elə ermənilərin diktəsilə söyüş yağdıranların -Vətənə düşmən kəsilənlərin ləyaqətsizliyini ortaya qoyur.
Budur bizdən olub bizi “daşlayan”, ancaq düşmənə baş əyib onun üçün canını fəda edəcəyinə söz verən YARAMAZLAR dəstəsi. Sizə bu torpağln çörəyi haram olsun. Bu gün təmsil etdiyiniz ölkənin hansı sürətlə inkişafını görməmək korluqdur. Baxar korluq. 30 ildən sonra əsarətdən qurtarılan o cənnət Qarabağımız hər birimizə yeni nəfəs verərkən, siz ölü canlar ermənilərə dəm tutursuz. Ölün, yerə girin. Onsuz da bu xalq sizin qiymətinizi verib “TƏLXƏKLƏR”.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter