• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-İran arasında dövlət sərhədində atışma oldu - Ölən var

  • 07.12.2021, 18:20, Baxış sayı:
  • 298
Azərbaycan-İran arasında dövlət sərhədində atışma oldu - Ölən var
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin¬dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər¬həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Teleqraf.com-a bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo¬şunlarının “Göytəpə” sərhəd dəstə¬si¬nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta¬va¬sı¬nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv¬lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar¬yadı tərəfindən “Dayan” əmri verilərək sər¬həd pozu¬cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış¬dır. La¬kin sərhəd pozu¬cu¬ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər¬mişlər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay¬can Respublikası Qanunu¬nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsiz¬ləşdirilmişdir.
Hazırda həmin sərhəd pozucusunun şəxsiy¬yətinin müəyyənləş¬diril¬məsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozu¬cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl¬boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil¬miş¬¬¬dir.
Hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunmuşlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter