• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın bir sıra güc strukturunun fəaliyyətinə aid sənədlərin poçtla göndərilməsi qadağan edilir

  • 14.11.2020, 21:37, Baxış sayı:
  • 492
Azərbaycanın bir sıra güc strukturunun fəaliyyətinə aid sənədlərin poçtla göndərilməsi qadağan edilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər; dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr; Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan edilir.
APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərarında əksini tapıb.
Qərara əsasən, aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektlərinin; radioaktiv maddələr; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar; narkotik vasitələrin, psixotrop, zəhərləyici, maddələrin hazırlanması texnologiyasına aid materiallar; partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar; əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; odlu silah və onun döyüş sursatları; qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac); xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar; Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları; müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər; xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyatın da poçt vasitəsilə göndərilməsi qadağan edilir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter