• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ABŞ Azərbaycana 500 min dollar ayırdı

  • 07.11.2021, 10:48, Baxış sayı:
  • 317
ABŞ Azərbaycana 500 min dollar ayırdı
ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.
Bu barədə Publika.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir.
ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat qurması üçün vacib rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin ünvanlanması üçün istifadə olunub", - diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson Azərbaycanda səfərdədir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter