DİN işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başladı
- 11.11.2020, 19:51, Baxış sayı:
- 493
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.
“Muğanın səsi” xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib: “İşğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir”.
E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.