• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Koronanın daha çox yayıldığı bölgələr - Siyahı

  • 21.06.2021, 20:43, Baxış sayı:
  • 334
Koronanın daha çox yayıldığı bölgələr - Siyahı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Teleqraf.com xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,2 %, Şəki-Zaqatalada 4,1 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,8 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.
Bakıda ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter