• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İlham Əliyev 20 illik sirri açıqladı

  • 09.11.2020, 17:07, Baxış sayı:
  • 420
İlham Əliyev 20 illik sirri açıqladı
Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsini iqamətgahından, kostyumda, həm də çıxışının sonunda elan etmədi...
Prezident İlham Əliyev Ermənistan rəhbərinin ünvanına onun layiq olduğu və haqq etdiyi sözləri deyəndən sonra hamımızın gözlədiyi siyahını oxumadı...
İlham Əliyev Şuşanın azad olunmasını Ali Baş Komandan olaraq, hərbi uniformada, həm də Şəhidlər Xiyabanından və çıxışına başlayarkən, dərhal dünyaya bəyan etdi.
Hə, təkcə ölkəyə yox, məhz dünyaya...
Bütün simvollar, atributlar, məkan, geyim, ritorika – hər şey incəliyinə qədər düşünülmüşdü...
***
Kimin ağlına gələrdi ki, Heydər Əliyev oğluna Şuşanı azad etməyi vəsiyyət edib!
Kimin ağlına gələrdi ki, Şuşa məhz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın toy günündə azad olunacaq və bu günü İlham Əliyev Azərbaycan Tarixinə Qızıl hərflərlə yazacaq?
Kimin ağlına gələrdi...
Heydər Əliyev İlham Əliyevin prezident və Şuşanı azad edəcək qüdrətə sahib olacağını necə bilib?
Hər şey zərgər dəqiqliyi iləmi düşünülüb?
Bu ki İlahidən gələn bir fitrətdir!
***
...20 ildən – üstündən məxfilik qrifi qalxandan sonra - 2014-cü ildə rəhmətlik Vəfa Quluzadə Heydər Əliyevin 1994-cü ildə neft müqavilələrinin bağlanması ərəfəsində göstərdiyi misilsiz iradəni, insanı şoka salacaq səviyyədə heyrətamiz siyasi manevrlərini açıqlayanda hamımız quruyub qalmışdıq: bir insan necə böyük düşüncəyə, intuisiyaya sahib olmalıdır ki, böyük dövlətlərin dünyanı ağuşuna alan xüsusi xidmət orqanlarını barmağına dolayıb, balaca, gücsüz, zəif, xaosdan hələ qurtulmayan bir ölkəni xilas etsin?! Hələ onu demirik ki, baş nazir adına “gözünün önündə” oturtduğu şəxs həmin qüvvələrin oyuncağı olmaqla bərabər, həm də güc sahibi idi... Bəs, bilmədiyimiz daha kimlər vardı “böyür-başında” ki, başqalarının aləti idilər?..
...2019-cu ildə Eldar Namazov neft kəmərləri üçün nəzərdə tutulan marşrutu ələ keçirmək naminə Boris Yeltsinin təhriki ilə ermənilərin hücumu önündə Heydər Əliyevin hansı hərbi-siyasi fitrətlə dayandığını, düşünülən bütün düşmən planlarını darmadağın etdiyini açıb ortaya qoyanda növbəti dəfə heyrətdən donub qalmışdıq: İlahi, bizim nələrdən xəbərimiz olmayıb?
İndi hər şeydən xəbərimiz varmı? Bilirikmi Heydər Əliyevin miqyasını? Təsəvvür edirikmi?
Qətiyyən...
Əgər özünün yoxluğundan 17 il sonra İlham Əliyev atasının qəbri üstünə gedib, ona hesabat verib, qürurla vəsiyyətini yerinə yetirdiyini deyirsə...
Biz heç nə bilmirik, demək...
Biz bilmirik bütün bunların memarı Heydər Əliyevdir...
Bir insan bu qədər uzaqgörən, bu qədər müdrik necə ola bilər ki?!.
***
Xatırlayıram, tələbəlik illərində çox sevdiyim Qurbanini tez-tez oxuyardım. Qurbaninin Şah İsmayıla sevgisinə hər dəfəsində təəccüblənirdim: yəni insan öz Şahını bu qədər sevə bilərmi? Yəni insanın dini-imanı Şahı ola bilərmi?
Bir insan atasından, anasından, balasından artıq Şahını necə sevə bilər axı?
...Artıq Qurbanini anlayıram: bir insan doğrudan da öz Prezidentini atası qədər, anası qədər, balası qədər sevə bilərmiş...
***
İlham Əliyevin Şuşa çıxışı bundan öncəki çıxışlarına heç bənzəmədi.
Bundan öncə meydan oxuyurdu, “Nooldu, Paşinyan” deyib, düşməni ələ salırdı – xalqın ürəyindən keçənlər idi, ifadə edirdi...
Dünən bunların heç biri olmadı.
Dünən İlham Əliyev Şuşanın azad olunması çıxışında hətta kövrəldi də...
Çünki bütün xalq bu xəbərin sevincinə ağlayırdı; çünki bu, Qələbənin zirvəsi idi.
Şuşa – Məkkədir, Mədinədir; Şuşa Qüdsdür; Şuşa varlığımızın, mövcudluğumuzun, xalq olaraq birliyimizin Qibləgahıdır...
Onun azadlığı xəbərini ancaq bu cür – sevincdən kövrələrək vermək olardı...
Ona ancaq “Əziz Şuşa, sən azadsan” demək olardı...
Ona ancaq “Əziz Şuşa, biz qayıtdıq...” yaraşırdı...
İlham Əliyev bunları dedi...
Həm də... Şuşa, səni sülhlə almadım, dedi!
Həm də... Şuşa, səni özünə layiq olan qürurla, şərəflə, ləyaqətlə aldım, dedi!
Bir Prezident öz xalqının içindən keçənləri, düşüncəsini, ruhunu necə bu qədər ifadə edə bilər ki?
Bir Prezident necə hiss edə bilər ki, dünən “iti qovan kimi” qürurverici sözlərlə necə düşüncəmizi ifadə edirdisə, Şuşada sevincdən donmuşduq, qurumuşduq, ağlaşırdıq...
Bir Prezident də xalqının bu qədər ifadəçisi ola bilərmi?
Bir Prezident də xalqının arzularını bu qədər göyərdə bilərmi?..
***
İlham Əliyev ata vəsiyyətini yerinə yetirən oğul kimi “xoşbəxtəm” dedi...
Bir atanın övladına “öz xalqını xoşbəxt et” deyə vəsiyyəti varmış...
Bir ata nə boyda olmalıymış ki, bunu vəsiyyət etsin!
Bir Ata bir xalqa nə boyda bir Oğul ərməğan edə bilərmiş...
***
Yox, İlham Əliyev, əsl xoşbəxt mənəm, bizik, bu xalqdır!
Əsl xoşbəxt bizik ki, Sənin kimi Prezidentimiz, Liderimiz, Sərkərdəmiz var!
Əsl xoşbəxt bu xalqdır ki, illərlə etdiyi duasını Tanrı qəbul etdi – Səni göndərdi.
Sən Şuşasan, Sən Qarabağsan, Sən Azərbaycansan, Sən Vətənin özüsən, İlham Əliyev!
Şuşaya, Qarabağa, Vətənə və bunların hamısını özündə birləşdirən Sənə canımız qurban!..
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter