ATƏT nümayəndəsi: "jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir"
- 05.06.2021, 07:59, Baxış sayı:
- 478
Facebook
Вконтакте
Одноклассники
Google+
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro bu gün Kəlbəcərdə Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.
Bizim.Media bu barədə ATƏT-in saytında məlumat verilib.
Bildirilir ki, Azərbaycan Dövlət Xəbər Agentliyi ("Azərtac") və Azərbaycan Dövlət Televiziyasında çalışan iki jurnalist Kəlbəcərdə bu gün xidməti vəziflərinin icra edərkən mina partlayışı nətiəsində həlak olublar.
"AzTV-nin rejissoru Emin Məmmədov daxil olmaqla bir neçə şəxs isə yaralanıb. Məhərrəm İbrahimov ve Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına dərin başsağlığı verirəm", -deyə Ribeiro bildirib.
ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.