Ramazan bayramına görə 1 həftə iş olmayacaq - Rəsmi
- 19.04.2021, 20:22, Baxış sayı:
- 505
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
"Muganinsesi.az" xəbər verir ki, bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.