Səfərbərlik elan edilməsiylə bağlı yayılan xəbərlərə - Rəsmi reaksiya
- 02.03.2021, 17:58, Baxış sayı:
- 396
Facebook
Вконтакте
Одноклассники
Google+
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti son günlər hərbi qulluqçuların yenidən səfərbər ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil və bununla bağlı hansısa göstəriş verilməyib. /Muganinsesi.az/