• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Həmin əməkdaşlar PA rəhbəri tərəfindən təyin ediləcək”

  • 12.02.2021, 16:14, Baxış sayı:
  • 496
“Həmin əməkdaşlar PA rəhbəri tərəfindən təyin ediləcək”

“Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri idarəetmənin yeni modelidir. Çünki İcra Hakimiyyəti modelində müavinlər və işçilər icra başçısı tərəfindən vəzifəyə təyin edilir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Kamal Cəfərov hər iki institut arasındakı fərqləri izah edərkən deyib.
O qeyd edib ki, bəzi hallarda İcra Hakimiyyətinin əməkdaşları, hətta müavinlər belə vətəndaşlarla düzgün rəftar qaydalarını bilmirlər, xüsusi təşəbbüslə çıxış etmirlər, vətəndaşları narahat edən məsələləri vaxtında həll etmirlər: “Lakin xüsusi nümayəndə modelində nümayəndənin müavini cənab Prezident, əməkdaşlar isə Prezident Administrasiyasının rəhbəri tərəfindən vəzifəyə təyin ediləcəklər. Bu isə o deməkdir ki, Prezident vətəndaşla təmasda olan ən adi işçinin belə xüsusi seçilməsini, müvafiq bilik və bacarıqlara sahib olmasını istəyir. Çünki PA-nın əməkdaşları adətən xüsusi bilik və peşəkarlığı ilə seçilən şəxslər olur. Bu modelin digər üstünlüyü odur ki, xüsusi nümayəndələrin əməkdaşları PA-nın işçiləri olduğundan əməkhaqları da yüksək olacaq. Təcrübə isə göstərir ki, yüksək əməkhaqqı həm də vətəndaş məmnunluğunun artırılmasında və korrupsiyanın qarşısının alınmasında rol oynayır. Hesab edirəm ki, xüsusi nümayəndə modeli yerli icra hakimiyyətinin yeni “ASAN Xidmət” modelidir”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter