Xalq artisti Könül Xasıyeva "Onun sirri" verilişində etirafı ilə diqqət çəkib.
Könül Xasıyeva oğlu ilə intihar etmək istədiyini deyib.
"Oğlum xəstələnmişdi. Bir gecə çox düşündüm, yolun sonunun olduğunu gördüm. Qərara aldım ki, mən intihar etsəm, Kazımın taleyi necə olacaq?! Kazım da çox həssas anaya bağlı uşaqdır.
Mən sanki övladımı deyil, ürəyimdə bir daş parçası götürüb, gecə Kazımı oyadıb, dedim ki, hava almağa çıxıram. Birlikdə gedək? Cavab verdi ki, ana gecədir, yatmışam. Bayırda çox gözəl hava olduğunu bildirdim.
Uşağı geyindirib, dənizə tərəf getdik. Necə getmişik, hiss etməmişəm. Adımı eşitdim, özümə gəldim. Bir nəfər polis paltarında dedi ki, siz Könül xanımsınız? O an nə etdiyimin fərqinə vardım. Hətta təhlükəli yerə getmişdim. Sonra qayıtdım", - deyə sənətçi qeyd edib.
/Muganinsesi.az/